Müğənni və bəstəkar Murad Arifin ailəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, çoxlarının bilmədiyi bir fakt da onun bacısının incəsənət sahəsində tanınmış simalardan biri olmasıdır. Belə ki, Murad Arifin bacısı tanınmış aparıcı Könül Arifqızıdır.
O, uzun illərdir televiziya sahəsində fəaliyyət göstərir.
Hazırda İctimai TVdə “Səhər proqramları” departamentinin direktoru vəzifəsini tutur. Eyni zamanda, tamaşaçılar tərəfindən sevilərək izlənilən “Bir mahnının tarixçəsi” verilişinin də layihə müəllifidir.
Murad İsmayıl
Bakı 





