“İranın ABŞ ilə danışıqların ikinci raundunda iştirak etməməsinə dəniz blokadası, gəmilərə hücumlar və Amerikanın təhdidləri səbəb olub”.
Bakıvaxtı.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Fədəh Hüseyn Maliki deyib.
O bildirib ki, xarici işlər naziri Abbas Əraqçinin Hörmüz boğazının ticarət gəmiləri üçün açıq olacağını bəyan etməsinə baxmayaraq, ABŞ-nin davam edən dəniz blokadası İranın danışıqlarda iştirakına mane olub.
Xatırladaq ki, ABŞ-İran danışıqlarının ikinci raundu bu gün Pakistanın paytaxtı İslamabadda keçirilməli idi. İlk raund da burada keçirilmişdi.
Bakı 




