q
  • Bakı 14° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Bələdiyyə sədri və müavinləri həbs edildi

DÜNYA

22 Aprel 2026 | 08:48

Bələdiyyə sədri və müavinləri həbs edildi

İstanbulun Ataşehir bələdiyyəsinin sədri Onursal Adıgüzel həbs olunub.

Bakıvaxtı.azbu barədə "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, saxlanılanlar arasında Onursal Adıgüzelin müavinləri Birkan Birol Yıldız, Orhan Aydoğdu, Oğuz Kaya və aidiyyəti şöbə müdirləri də var. Onlar rüşvət alma, cinayət törətmək məqsədilə mütəşəkkil dəstə yaratma, ona rəhbərlik etmə və üzv olma, tenderin nəticələrini saxtalaşdırma ittihamları ilə saxlanılıb.

İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri Şöbəsi tərəfindən aparılan işlər nəticəsində cinayətin elementləri və təşkilati struktur ətraflı şəkildə müəyyən edilib.

Araşdırmalar Ataşehir Bələdiyyəsi daxilində fəaliyyət göstərən şirkətlərdən tikinti icazəsi və yaşayış icazəsi müqabilində milyonlarla dollar məbləğində rüşvət alındığını və bu icazə proseslərinin rüşvət müqabilində həyata keçirildiyini aşkar edib. Həmçinin bələdiyyə rəsmilərinin və bəzi şirkət sahiblərinin birlikdə hərəkət etdiyi, rüşvətin miqdarının layihələrin xarakterinə görə müəyyən edildiyi və alınan rüşvətin bələdiyyə daxilindəki vəzifə və səlahiyyətə görə bölüşdürüldüyü müəyyən edilib.

Cinayətkar təşkilatın fəaliyyətlərini aşkar etmək, sübutları ələ keçirmək və şübhəliləri həbs etmək üçün İstanbulda 45 ünvanda eyni vaxtda keçirilən əməliyyatda, bələdiyyə sədri Onursal Adıgüzel də daxil olmaqla 20 nəfər həbs edilib.

Murad Məmmədli


SON XƏBƏRLƏR

21 Aprel 2026