Rusiyalı televiziya aparıcısı Vladimir Solovyov Baş nazir Corciya Meloniyə qarşı təhqir dolu ifadələr işlətdiyi üçün Rusiyanın İtaliyadakı səfiri XİN-ə çağırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani məlumat yayıb.
Tajani Rusiya səfiri Aleksey Paramonova Solovyovun Baş nazir Meloni haqqında Rusiya televiziyasında səsləndirdiyi təhqiramiz ifadələrə rəsmi etirazını bildirib.
Qeyd edək ki, Solovyov Meloni haqda Rusiya televiziyasının efirində italyanca “bəşəriyyət üçün rüsvayçılıq”, "vəhşi heyvan", “tamamilə axmaq” və "iyrənc balaca qadın” sözlərini işlədib. Daha sonra rus dilinə keçərək, "bu Meloni seçicilərinə xəyanət edən faşist zibilidir” deyib və əlavə edib ki, o, hətta Trampa da xəyanət edib.
Solovyovun İtaliya hakimiyyətinə bu cür nüfrətinin səbəbi şəxsi zəmindədir. Belə ki, Solovyov Rusiyanın Ukraynaya hərbi təcavüzünə və qətliamlarına haqq qazandırdığı və bu istiqamətdə təbliğat apardığı üçün İtaliyadakı villaları müsadirə edilib./Axar.az
Bakı 




