Xəbər verdiyimiz kimi, dünən Bakı metrosunda baş verən hadisədə iki qadın - 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı metrosunda baş verən hadisə ilə əlaqədar Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 2 nəfərin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
Zeynəb Rzayeva
Bakı 




