q
  • Bakı 14° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Gürcüstana qarşı sanksiyalar tətbiq edilə bilər

DÜNYA

22 Aprel 2026 | 10:39

Gürcüstana qarşı sanksiyalar tətbiq edilə bilər

Avropa İttifaqı (Aİ) müxalifətə və müstəqil mətbuata qarşı davranışına görə Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə hazırdır. 

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

Onun sözlərinə görə, birliyə daxil olan ölkələrdən yalnız biri bu qərarı bloklayır.

“Ümumi əhval belədir ki, əgər biz sanksiyalarda israr edirdiksə, 26 ölkə bizi dəstəklədi və yalnız biri əleyhinə çıxdı. Nəticə etibarilə, biz gürcü xalqı ilə daha çox işləməliyik ki, insanlar xoşməramlı olduğumuzu görsün. Lakin eyni zamanda Gürcüstan hökumətinə də seçdiyi istiqamətin Avropa dəyərlərinə uyğun gəlmədiyinə dair aydın siqnallar vermək lazımdır”, - Kallas Aİ-nin xarici işlər nazirlərinin iclasınının yekunlarına dair mətbuat konfransında söyləyib. 

O, bəzi ölkələrdə yeni hökumətlər formalaşdıqdan sonra sanksiyalar məsələsinə yenidən qayıdacaqlarını əlavə edib.


SON XƏBƏRLƏR

21 Aprel 2026