Tele-aparıcı Leyla Mustafayeva paylaşımı ilə diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, aparıcı "Uzaq şəhər" serialı ilə bağlı ona ünvanlanan iradlara cavab verib:
"Türkiyədə hər hansısa serialın setinə daxil olub, müsahibə almaq elə də asan deyil, çünki aktyorların buna icazəsi yoxdur, hər yerdə danışsın və ya açıqlama versin. Sağ olsunlar, bizə şərait yaratdılar və qismən də olsa onların icazə verdiyi qədər suallar verdik və Ozan Akbaba cavabladı. Həmçinin də çəkiliş meydançasına girməyimizə şərait yaratdı. Amma seti çəkə bilmədik".
Bakı 




