Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahillərində gəmi ilə bağlı növbəti insident barədə xəbər yayıb.
Bakıvaxtı.az xəbər verir ki, Omandan 15 dəniz mili (28 km) şimal-şərqdə olan konteyner gəmisində baş verən insident barədə məlumat daxil olub.
Qurumun məlumatına əsasən, gəminin kapitanı bildirib ki, gəmiyə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kateri yaxınlaşıb, bundan sonra gəmiyə atəş açılıb ki, bu da kapitan körpüsünün ciddi zədələnməsinə səbəb olub.
Bununla belə, yanğın və ya ətraf mühitə zərər qeydə alınmayıb, bütün heyət təhlükəsizlikdədir, - deyə UKMTO əlavə edib.
Bakı 




