q
  • Bakı 14° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Rusiyadan Ermənistana XƏBƏRDARLIQ

DÜNYA

22 Aprel 2026 | 12:36

Rusiyadan Ermənistana XƏBƏRDARLIQ

“Avropa İttifaqına (Aİ) üzv olmaq Ermənistana ÜDM-nin təxminən 23 faizinə başa gələcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksey Şevtsov deyib.

“Hesablamalara görə, Aİ-yə üzvlük Ermənistana ÜDM-inin təxminən 23 faizinə başa gələcək, əmək bazarının kütləvi şəkildə daralması (10,5 faiz) və inflyasiyanın 22,6 faiz artması isə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olacaq. Daxili istehlak hazırkı səviyyədən 20 faizdən çox azalacaq. Təbii qaz da daxil olmaqla, enerji qiymətlərində daha da artım gözlənilir”, - o qeyd edib.

Şevtsov əlavə edib ki, Ermənistan Aİ-yə qoşularsa, Avropa gömrük nəzarəti sisteminin tətbiqi zərurəti səbəbindən respublikanın ÜDM-i 7,7 faiz azala bilər:

“Ermənistanın Aİ-yə daxil olması üçün Avropa standartlarına uyğunlaşma da tələb olunacaq. Ermənistan malları Aİ bazar kvotaları və Avropa texniki qaydalarına riayət etmək zərurəti ilə üzləşəcək ki, bu da öz növbəsində əlavə investisiya tələb edəcək”.

Rusiya rəsmisinin sözlərinə görə, Avropa gömrük nəzarəti sisteminin tətbiqi zərurəti malların sərbəst tranzitinə faktiki olaraq son qoyacaq. Şevtsov vurğulayıb ki, nəticədə Ermənistanın ÜDM-i daha 7,7 və daxili istehlak 7,48 daiz azalacaq, inflyasiya 8,3 və işsizlik 4,1 faiz artacaq.

Həmçinin o qeyd edib ki, İrəvanın ittifaqa qoşulması, Rusiya və İranla viza rejiminin tətbiqi turist axınını əhəmiyyətli dərəcədə azaldacaq: “Turizmin Ermənistanın ÜDM-nin təxminən 13,5 faizini təşkil etdiyini və rəsmi olaraq işləyən əhalinin təxminən dörddə birinin bu sektorda çalışdığını nəzərə alsaq, bu, ölkə iqtisadiyyatı və sakinlərinə ciddi zərbə vuracaq”.

Aleksey Şevtsov hesab edir ki, Ermənistanın Aİ-yə üzvlük üçün Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması iqtisadi cəhətdən əhəmiyyətli dərəcədə geriləməyə səbəb olacaq:

“Hesablamalara görə, ÜDM 15,1 faiz (təxminən 3,65 milyard dollar), daxili istehlak 14,1 faiz və sənaye istehsalı 26,3 faiz azalacaq. Əsas itkilər metallurgiya, içki, tütün və qida sənayesində olacaq.

Kimya istehsalı təxminən beşdə 1 faiz, tekstil istehsalı isə 15 faiz azalacaq. İnflyasiya 14,3 faiz bəndi, işsizlik isə 6,4 faiz bəndi artacaq”.

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini əlavə edib ki, Ermənistanın AİB-dən çıxması ittifaqdakı digər ölkələr üçün əhəmiyyətli mənfi nəticələrə səbəb olmayacaq, onun üçün isə itkilər 100-də 100-ə bərabər olacaq./Teleqraf 


SON XƏBƏRLƏR