q
  • Bakı 14° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Kiyev Aİ-yə məhdud üzvlük formatını rədd edib

DÜNYA

22 Aprel 2026 | 11:53

Kiyev Aİ-yə məhdud üzvlük formatını rədd edib

Ukrayna Avropa İttifaqında (Aİ) mərhələli üzvlüyə qarşı çıxır, lakin qanunvericiliyin uyğunlaşdırılması və digər islahatlarla bağlı tələbləri tez bir zamanda yerinə yetirəcəyini vəd edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyi bundan ibarətdir ki, ölkə "mərhələli üzvlüyü" qəbul etməyəcək.

Sibiqa vurğulayıb ki, tərəfdaşlar Ukraynanın Aİ-yə daxil olmaq üçün bütün meyarlara uyğun olmaq istəyini anlayırlar.

"Aİ Şurasının sonuncu iclasında qanunvericilik aktlarının qəbulu istiqamətində əldə etdiyimiz irəliləyiş qeyd olundu. Hazır olub-olmamağımız ritorik sualdır. Aydın meyarlar var və biz onları yerinə yetiririk", – XİN başçısı əlavə edib.


SON XƏBƏRLƏR