q
  • Bakı 14° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Elmar Məmmədyarov Vasif Talıbovla münasibətlərindən danışdı

CƏMİYYƏT

22 Aprel 2026 | 09:44

Elmar Məmmədyarov Vasif Talıbovla münasibətlərindən danışdı

“Mən Naxçıvana səfər edəndə hər dəfə Vasif Talıbovla görüşürdüm”.

Bunu Bakıvaxtı.az-a müsahibəsində “Mediada belə bir iddialar yayılıb ki, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov Bakıdan Naxçıvana gedən nazirləri qapısında gözlədirmiş. Siz nazir olan dönəmdə Vasif Talıbovla görüşmüsünüzmü və sizə qarşı da bu cür davranış olurdumu” sualına cavabında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Onunla oturub söhbət edirdik” deyən Məmmədyarov Talıbovun maraqlı adam olduğunu bildirib:

“Doğrudan da saatlarla söhbət edirdik”.

Sabiq nazir Naxçıvan Ali Məslisinin keçmiş rəhbərinin digər nazirlərlə aralarında nələr yaşandığından xəbərsizdir:
“Amma mənimlə Vasif müəllim arasında belə hal olmayıb.

Dəfələrlə Naxçıvana getmişdim. Xarici İşlər Nazirliyinin Naxçıvanda nümayəndəsi vardı. Sağ olsun Vasif müəllim göstəriş verdi, Naxçıvanda nümayəndəlik üçün xüsusi bina inşa olundu. Təbriz mehmanxanası ilə üzbəüz çox gözəl bina inşa olundu”.

Aydın Baxış


SON XƏBƏRLƏR

21 Aprel 2026