• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Çin maşınlarının üstünlüyü nədədir? -  Çox çəkməz, bütün ölkələrə girəcək

CƏMİYYƏT

15 Sentyabr 2026 | 09:17 | Müəllif: Zeynəb Rzayeva

Çin maşınlarının üstünlüyü nədədir? - Çox çəkməz, bütün ölkələrə girəcək

"Çin avtomobillərinin dünya bazarında, o cümlədən Avropada istehlakçı marağı qazanmasında onların texnoloji və funksional imkanları əsas amillərdən biri hesab olunur".

Bunu maşın ustası Sahil Ağabəyli Çin avtomobillərinin Avropa bazarında payının və istehlakçı marağının artmasının əsas səbəblərindən danışarkən Bakıvaxtı.az-a deyib.

O bildirib ki, hazırda istehlakçıların avtomobil seçimində funksionallıq və texnoloji imkanlar daha çox önə çıxır:

“Çin avtomobillərinin dünyada elektronikasının yüksək olması özünə xüsusi yer tutur. Artıq dünyada keyfiyyətə çox üstünlük verilmir. Daha çox funksiyaların çoxluğuna, avtomobildə olan texnologiyalara üstünlük verilir. Məsələn, monitorlar, qapının özünün açılıb-bağlanması, avtomobilin özünün enməsi və qalxması kimi funksiyalar maraq doğurur”.

Müsahibimizin sözlərinə görə, artıq Avropada, hətta Latın Amerikasında da Çin avtomobillərinə maraq artır:

“Onlar da fikirlərini cəmləşdiriblər ki, bu avtomobillər niyə bizim ölkələrdə olmasın. Sosial şəbəkələrdə də onların marağının artdığını görürəm”.

Şahin Ağabəyli: Çin avtomobilləri həm Avropaya, həm də digər ölkələrə yavaş-yavaş girməyə başlayacaq

S.Ağabəyli qeyd edib ki, Çin avtomobil istehsalçıları Almaniyada bir neçə brend markanın zavodları ilə əməkdaşlığa başlayıblar:

“Əvvəldən də Çinlilər elektronika verirdilər, amma indi demək olar ki, bütün elektronikanı, 80-90 faizini artıq Çindən alacaqlar.

Çindən alındıqda demək olar ki, maraq da artır. Çin avtomobilləri həm Avropaya, həm də digər ölkələrə yavaş-yavaş girməyə başlayacaq. Çox çəkməz”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026