"Məhz buna görə "Baku ID" bugünkü müzakirələr üçün doğru platformadır".
Bakıvaxtı.az xəbər verir ki, bunu "Baku ID 2026” innovasiya festivalının açılış mərasimində Dünya İqtisadi Forumunun Bacarıqlar üzrə fəaliyyət rəhbəri Alison Eaglesham bildirib.
O qeyd edib ki, sahibkarların, investorların, texnologiya şirkətlərinin, dövlət və akademik dairələrin böyük startap və innovasiya toplaşması kimi "Baku ID" gələcəyin bacarıqlarının yaradıldığı, sınaqdan keçirildiyi və tətbiq olunduğu ekosistemin özünü təcəssüm etdirir:
"Müzakirənin burada keçirilməsi mühüm bir mesaj verir: innovasiya iqtisadiyyatının qurulması yalnız texnologiya startapları və investisiyalardan ibarət deyil; bu, həm də onun arxasında duran istedad və potensialın inkişaf etdirilməsi ilə bağlıdır. Məhz buna görə də biz bu gün "Baku ID" də ekosistemin bütün tərəfdaşlarını bir araya gətiririk ki, ilk növbədə Azərbaycanın yeni nəsil şirkətləri və sənayelərinin hansı bacarıqlara ehtiyacı olacağını müzakirə edək, daha sonra isə işçi qüvvəsini gələcəyə hazırlamaq üçün hansı struktur dəyişikliklərinin tələb olunduğunu nəzərdən keçirək. İndi isə bu idddianı praktiki fəaliyyətə çevirmək üçün ilk növbədə bacarıqlar mənzərəsini — ən vacib boşluqların harada olduğunu, nələrin artıq nəticə verdiyini və əməkdaşlığın harada daha böyük təsir yarada biləcəyini dərk etməliyik".
Günəş Mərd
















