• Bakı 19° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Bakıvaxtı.az yazdı: Təhlükəli vəziyyət aradan qaldırıldı – VİDEO

CƏMİYYƏT

06 May 2026 | 09:51 | Müəllif: Əli Hüseynov

Bakıvaxtı.az yazdı: Təhlükəli vəziyyət aradan qaldırıldı – VİDEO

24 aprel 2026-cı il tarixində Bakıvaxtı.az-da “Sürücülər üçün kabus: Biləcəri körpüsü təhlükə saçır” başlıqlı yazı dərc olunmuşdu.

Bakıvaxtı.az xatırladır ki, məqalədə Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən və ərazini Bakı–Sumqayıt yolu ilə birləşdirən körpüdə ciddi təhlükə yaradan vəziyyətdən bəhs edilirdi.

Bildirilirdi ki, körpünün kənarındakı dəmir arakəsmə qəzadan sonra yararsız hala düşərək deformasiyaya uğrayıb. Bu isə xüsusilə körpü üzərində hərəkət edən sürücülər üçün ciddi risk yaradırdı.

Xatırladaq ki, ötən il sentyabrın 6-da həmin körpüdə ağır yol-nəqliyyat hadisəsi baş vermişdi. “KamAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq körpüdən aşmış və minik avtomobilinin üzərinə düşmüşdü. Nəticədə ölən və yaralananlar olmuşdu.

Qaldırılan məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görülüb. Gec də olsa, körpüdəki problem aradan qaldırılıb, deformasiyaya uğramış dəmir arakəsmələr bərpa olunaraq təhlükəsizlik təmin edilib.

Videonu təqdim edirik.

Aydın Baxış

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026