Bakının Suraxanı rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən Səməd bəy Mehmandarov küçəsindəki Mirtağı məscidində yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb.
Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
22:06
Bakıda məsciddə yanğın başlayıb.
Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Köhnə Günəşli qəsəbəsinin ərazisində yerləşən Mirtağı məscidində qeydə alınıb.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.
Bakı 



