• Bakı 21° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“Azərsu” işçiləri ilə mübahisə edən qadın özünü bıçaqladı - FOTO

HADİSƏ

27 Aprel 2021 | 17:32

“Azərsu” işçiləri ilə mübahisə edən qadın özünü bıçaqladı - FOTO

Bu gün günorta saatlarında Qax şəhərində “Azərsu” ASC-nin əməkdaşları ilə şəhər sakini arasında insident baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, Qax şəhəri Nəriman Nərimanov küçəsi bina 1, blok 2, mənzil 7-də yaşayan Musayeva Firəngiz Ziyəddin qızı ASC əməkdaşları ilə arasında yaşanan mübahisə zamanı bıçaqla özünə xəsarət yetirib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Qax şəhər sakini Firəngiz Musayevanın həmin məsələ ilə əlaqədar DİN-in “102” Zəng Mərkəzinə etdiyi müraciəti əsasında hazırda Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

 


“Azərsu” işçiləri ilə mübahisə edən qadın özünü bıçaqladı - FOTO“Azərsu” işçiləri ilə mübahisə edən qadın özünü bıçaqladı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026