• Bakı 18° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Alyaskanın qubernatoru: Tramp-Putin görüşünü keçirməyə hazırıq

DÜNYA

09 Avqust 2025 | 09:03

Alyaskanın qubernatoru: Tramp-Putin görüşünü keçirməyə hazırıq

Alyaska ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu ştatın qubernatoru Mayk Danlivi “X” sosial şəbəkəsində yazıb.

"Burada qlobal əhəmiyyətli müzakirələrin getməsi məntiqlidir. Əsrlər boyu Alyaska ölkələr arasında körpü rolunu oynayıb və bu gün biz dünyanın ən mühüm regionlarından birində diplomatiya, ticarət və təhlükəsizlik üçün qapı olaraq qalırıq", - o yazıb.

Tramp avqustun 15-də Alyaskada Putinlə görüşməyi gözlədiyini bildirib. Rusiya liderinin köməkçisi Yuri Uşakov Ağ Ev rəhbərinin sözlərini təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026