• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“Albert Rıjıy” “Lotu Quli”nin qətlinin sifarişçisi olduğu üçün öldürülüb? – İDDİA

HADİSƏ

12 Aprel 2021 | 20:49

“Albert Rıjıy” “Lotu Quli”nin qətlinin sifarişçisi olduğu üçün öldürülüb? – İDDİA

Bu gün günorta saatlarında Moskvadakı idman zalında qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Əli Heydərovun öldürülməsi ilə bağlı istintaq tərəfindən nəzərdən keçrilən versiyalar açıqlanıb.

Bakıvatxı.az xəbər verir ki, Mk.ru portalının məlumatına görə, hazırda istintaq qətlin iki mümkün səbəbi üzərində dayanıb.

Bunlardan biri mərhumun yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlığına görə cəzalandırılması, digəri isə “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətlinin sifarişçisi olduğu üçün intiqam məqsədi ilə öldürülməsidir.

Qeyd olunur ki, “Ded Xasan”ın ölümündən sonra cinayətkar qruplaşma daxilində liderlik uğrunda savaş başlayıb və hazırda da davam edir. (oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026