• Bakı C

    9.1 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Xarici ölkələrin daxili işlərinə qarışmayacağam - Yeni Baş nazir

DÜNYA

13 Aprel 2026 | 17:39

Xarici ölkələrin daxili işlərinə qarışmayacağam - Yeni Baş nazir

“Macarıstanın yeni hökuməti digər ölkələrin daxili işlərinə qarışmayacaq, onlardan da eyni şeyi gözləyir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu parlament seçkilərində qalib gələn Macarıstanın “Tisa” partiyasının sədri Peter Madyar deyib.

Macarıstanın hazırkı Baş naziri Viktor Orbanın yerinə keçməyə hazırlaşan siyasətçi sələfinin digər ölkələrin daxili işlərinə qarışdığına eyham vurub.

“Mən bütün xarici dövlətlərdən xahiş edirəm ki, Macarıstana onun onlara göstərdiyi hörmət qədər hörmətlə yanaşsınlar. Digər suveren dövlətlərə hörmət etməliyik. Keçmiş dövrlərdən fərqli olaraq, mən heç bir başqa ölkənin, hətta Balkan dövlətlərinin belə daxili işlərinə qarışmayacağam”, - Madyar qeyd edib.


SON XƏBƏRLƏR