• Bakı 10° C

    8.3 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

İllər sonra yeni layihədə yer alacaq

ŞOU

13 Aprel 2026 | 15:45

İllər sonra yeni layihədə yer alacaq

Türkiyəli aktrisa Qamze Özçelik "Əməliyyat Alesta" serialı ilə illər sonra ekrana qayıdır.

Bakıvaxtı.az xəbər verir ki, onun TRT-nin iddialı "Əməliyyat Alesta" serialının aktyor heyətinə qatıldığı iddia edilib.
 
türkiyə Milli Müdafiə Nazirliyi və Dəniz Qüvvələri Komandanlığının dəstəyi ilə istehsal olunan və TRT-nin beynəlxalq rəqəmsal platforması Tabi üçün çəkilən "Əməliyyat Alesta" serialı təkcə kütləvi istehsalı ilə deyil, həm də güclü aktyor heyəti ilə diqqət çəkir.

Özçelik serialda Afrikada fəaliyyət göstərən türkiyəli mühəndis "Zeynəb"i canlandıracaq. Çəkilişlərin yaxın günlərdə başlaması planlaşdırılır.
 
Serialın rejissoru Yunus Ozan Korkut, ssenaristi Onur Böberdir. Rollarda Cem Bender, Onur Seyit Yaran, Fırat Çelik, Aslıhan Güner, Ersin Arıcı, Mehmet Bozdoğan, Meltem Akçöl, Aras Şenol, Feriha Eyüboğlu, Kayhan Açıkgöz kimi bir çox məşhur adlar yer alıb./Azxeber 


SON XƏBƏRLƏR