Avstriyanın paytaxtı Vyana şəhərində baş tutan “Avroviziya 2026″nın ilk yarımfinalı artıq başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, final uğrunda mübarizə aparan 15 ölkədən 10-u finala vəsiqə qazanıb.
Finala vəsiqə qazanan 10 ölkə Yunanıstan, Finlandiya, Belçika, İsveç, Moldova, İsrail, Serbiya, Xorvatiya, Litva, Polşa olub.
"Avroviziya" şousu 14 may tarixində keçiriləcək ikinci yarımfinalla davam edəcək. Ölkəmizi “Just Go” adlanan mahnı ilə təmsil edəcək JIVA 2-ci nömrə altında çıxış edərək finala keçməyə çalışacaq.
***
23:33
Avstriyanın paytaxtı Vyanada “Avroviziya 2026” mahnı müsabiqəsi başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanı müsabiqədə müğənni JIVA təmsil edir. O, “Just Go” adlı mahnını ifa edəcək.
Xatırladaq ki, Azərbaycan təmsilçisi ikinci yarımfinalda səhnəyə çıxacaq.
Qeyd edək ki, ikinci yarımfinal mayın 14-də, final isə mayın 16-da keçiriləcək.
21:33
Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, yarımfinal Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
Birinci yarımfinalda səhnəyə ilk olaraq Moldova nümayəndəsi çıxacaq, şounun bağlanışını isə Serbiya təmsilçisi edəcək.
Mayın 14-də keçiriləcək ikinci yarımfinalın açılışını Bolqarıstan, sonuncu çıxışını isə Norveç edəcək. Azərbaycan təmsilçisi JIVA bu yarımfinalda “Just Go” mahnısı ilə ikinci sırada səhnəyə çıxacaq.
Qeyd edək ki, yubiley xarakterli 70-ci “Avroviziya” mahnı müsabiqəsinin final mərhələsi mayın 16-da keçiriləcək.
Bakı 




