• Bakı C

    9.1 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Böyük Mərdəkan qəsrində çökmə olub - FOTOLAR

CƏMİYYƏT

13 Aprel 2026 | 17:48

Böyük Mərdəkan qəsrində çökmə olub - FOTOLAR

Son dövr müşahidə olunan intensiv yağışların təsiri nəticəsində dünən Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halları qeydə alınıb.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

    Bildirilib ki, bununla əlaqədar olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən abidəyə baxış keçirilib və əraziyə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

    Dam hissəsinin və daşıyıcı konstruksiyaların vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlərin görülməsi nəzərdə tututlub.

    Qeyd edilib ki, vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir.


    SON XƏBƏRLƏR