Türkiyənin məşhur müğənnisi Candan Erçetin həyatı ilə bağlı maraqlı faktları açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə sənətçi Armağan Çağlayanın verilişində danışıb. Əvvəllər səhnədə olmağı planlaşdırmadığını deyən sənətçi maddi çətinliklərin onu musiqiyə yönəltdiyini etiraf edib. Müğənnilik təklifi aldığı zamandan söz açan Erçetin bunları söyləyib:
"Sonra bir-birinin ardınca başqa çətinliklər gəldi, pis yola düşdüm, müğənni oldum. O dövrdə "S Restoran" var idi və oradan mənə müğənnilik təklifi gəldi. Kirayə pulumu ödəmək üçün qəbul etdim. İkinci mövsümdə isə albom hazırladım. Artıq ipin ucu qaçdı, geri dönüş olmadı".
Bakı 




