• Bakı C

    9.1 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Əhalimizin borc yükü artıb

İQTİSADİYYAT

13 Aprel 2026 | 17:08

Əhalimizin borc yükü artıb

Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilməyinə baxmayaraq, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərdəki payı artmaqdadır. Belə ki əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin eyni dövründə 0.4 faiz bəndi artaraq 18.4% olub.

Bakıvaxtı.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Qeyd edilib ki, ipoteka portfeli üzrə qeyri-işlək kredit (QİK) əmsalı son illərin ən aşağı həddindədir.

“2025-ci ilin sonuna ipoteka portfeli üzrə QİK-in nominal həcmi 14.3% (4.9 mln. manat) azalaraq 29.1 mln. manat təşkil etmişdir. İpoteka portfelində cari il ərzində qeyriişlək kreditlərin payı 0.2 f.b. azalaraq 0.6% səviyyəsinə enmişdir. Dövlət vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin QİK əmsalı 0.1%, bankların öz vəsaitləri hesabına verilmiş ipoteka kreditləriin QİK əmsalı 1.3% olmuşdur”, - məlumatda vurğulanıb.

Əlavə edək ki, əhalinin borc yükü dedikdə fiziki şəxslərin kredit təşkilatları (Bank, BOKT) qarşısında istehlak və ipoteka kreditlərinin qalıq məbləğinin cəmi nəzərdə tutulur.


SON XƏBƏRLƏR