İspaniyanın Tehrandakı səfirliyinin fəaliyyəti bərpa olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin mətbuat xidməti "X" hesabında bildirib.
"Səfir Antonio Sançes-Benedito Qaspar diplomatik komanda və yerli əməkdaşlarla birlikdə sülhü dəstəkləmək öhdəliyi ilə fəaliyyətini bərpa edir", - diplomatik missiyada qeyd ediblər.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares aprelin 9-da Tehrandakı səfirliyi bərpa etmək niyyətini açıqlayıb.
Qərar Donald Trampın elan etdiyi atəşkəsdən sonra qəbul edilib. İspaniya diplomatları ABŞ və İsrailin hərbi əməliyyatı başladıqdan sonra İran paytaxtından təxliyə edilmişdi.
Bakı 




