• Bakı 10° C

    8.63 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

İsrail İrana qarşı hücuma hazırlaşır - KİV

DÜNYA

13 Aprel 2026 | 10:25

İsrail İrana qarşı hücuma hazırlaşır - KİV

ABŞ və İran arasındakı danışıqların uğursuzluqla nəticələnməsi fonunda İsrail Müdafiə Qüvvələri (SAXAL) Tehrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırlıq görür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.

Bildirilib ki, İsrailin güc strukturları tərəfindən eyni vaxtda üç ən böyük telekanala ötürülən əlaqələndirilmiş məlumat sızması məhz bu faktı təsdiqləyir. Məsələn, "Channel 12" kanalı mənbə göstərmədən bildirib ki, SAXAL təkcə İranla münaqişənin yenidən alovlanmasına deyil, həmçinin Tehran tərəfindən ola biləcək qəfil hücuma da hazırlaşır. Öz növbəsində, "Kan" teleradio şirkəti Müdafiə Nazirliyinin yüksəkrütbəli rəsmisinə istinadən qeyd edib ki, müharibə çox tez və İranın nüvə problemi, eləcə də ballistik raketlərinə yetərli təzyiq göstərilmədən başa çatdığı üçün İsrail bu ölkəyə qarşı hərbi əməliyyatların bərpasında maraqlıdır. Qəzetin diqqət çəkdiyi bu məlumatda vurğulanıb ki, ABŞ Prezidenti Donald Trampın müvafiq qərarından sonra hərbçilər energetika infrastrukturuna zərbələr endirməklə İrana təzyiq göstərməyə və onu nüvə proqramından imtina etməyə məcbur etməyə çalışacaqlar. "Channel 13" telekanalın məlumatında isə bildirilir ki, İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir hərbçilərə döyüş əməliyyatlarının dərhal bərpasına hazır olmaq barədə tapşırıq verib.

Xatırladaq ki, aprelin 11-də İslamabadda ABŞ və İran arasında bir neçə mərhələdən ibarət danışıqlar baş tutub. İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Baqir Qalibaf, ABŞ tərəfinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Sonradan həm Tehran, həm də Vaşinqtondan verilən məlumatlara görə, mövcud ziddiyyətlər səbəbindən tərəflər münaqişənin uzunmüddətli həlli məsələsində razılığa gələ bilməyiblər. Danışıqların ehtimal olunan yeni mərhələsinin təfərrüatı hələlik məlum deyil./Oxu.Az


SON XƏBƏRLƏR

12 Aprel 2026