q
  • Bakı 24° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Bu il Ermənistana azərbaycanlı turistlər səfər edib?

DÜNYA

13 May 2026 | 09:42

Bu il Ermənistana azərbaycanlı turistlər səfər edib?

2026-cı ilin yanvar-mart aylarında Ermənistanı turist qismində 10 Azərbaycan vətəndaşı ziyarət edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın “Pastinfo” nəşri ölkənin Statistika Komitəsinin hesabatlarına istinadən məlumat yayıb. 

Həmin şəxslərin Ermənistanda orta hesabla 38 gün qaldıqları iddia edilir. Məlumata görə, 2025-ci ildə Azərbaycan vətəndaşlarının Ermənistana səfərləri qeydə alınmayıb.

Xatırladaq ki, bu ilin fevralında Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanda səfərdə olublar. Söhbətin məhz həmin şəxslərdən getdiyi istisna olunmur, lakin Statistika Komitəsinin məlumatlarına əsasən, onların ölkədə qalma müddətinin 38 gün olması maraq doğurub.


SON XƏBƏRLƏR

12 May 2026