Avtomobilin arxa oturacağında oturacaq sayı qədər sərnişin otura bilər. Artıq sərnişinin oturması daşıma qaydalarının pozulması sayılır.
Bakıvaxtı.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu sahədə mövcud olan qanunvericilikdə boşluq var.
Ekspert həmçinin bildirir ki, qaydalara görə əgər yanında böyük adam yoxdursa, 3 yaşına qədər olan uşaqları avtomobilin arxa oturacağında yalnız uşaq saxlayan qurğu ilə daşımaq olar. Qabaq oturacaqda da 12 yaşından aşağı uşaqlar üçün uşaq saxlayan qurğu olmalıdır.
Qeyd edək ki, minik avtomobilində oturacaq sayından artıq sərnişinin oturması daşıma qaydalarının pozulması sayılır və qaydanı pozan şəxslərə 100 manat - 3 bal dəyərində cərimə tətbiq edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Bakı 




