• Bakı 12° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Bakıda soyğunçuluğa görə 3 dəstə üzvü saxlanılıb

HADİSƏ

12 May 2026 | 17:38 | Müəllif: Əli Hüseynov

Bakıda soyğunçuluğa görə 3 dəstə üzvü saxlanılıb

Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, zərərçəkən şəxs tanışlıq səhifələrinin birində ünsiyyətdə olduğu qadınla görüşmək üçün onun təyin etdiyi ünvana yollanıb. Qeyd edilən yerə çatanda isə tanımadığı şəxslər onun mobil telefonunu və kartında olan 110 manatını açıq talama yolu ilə ələ keçiriblər.

    Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Məhəmməd Məmmədov, 20 yaşlı Zaur Həsənov və dəstənin 22 yaşlı qadın üzvü saxlanılıb.

    Araşdırma zamanı saxlanılan şəxslərin paytaxtın digər ərazilərində də analoji əməllər törətdikləri məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Oktyabr 2026