q
  • Bakı 21° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Gürcüstandan gətirilən diri heyvanlar geri qaytarıldı - Fotolar

CƏMİYYƏT

12 May 2026 | 17:55

Gürcüstandan gətirilən diri heyvanlar geri qaytarıldı - Fotolar

“Qırmızı Körpü” Qida təhlükəsizliyi nəzarəti məntəqəsində kliniki müayinədən keçirilən heyvanlarda şübhəli əlamətlər aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, mayın 12-də “Ana Vətən Aqro” MMC tərəfindən Gürcüstanın “Universal Business Company” şirkətindən idxal olunması nəzərdə tutulan ümumilikdə 134 baş kəsim üçün gətirilmiş diri iribuynuzlu heyvan Qırmızı Körpü” Qida təhlükəsizliyi nəzarəti məntəqəsində kliniki müayinədən keçirilib.

"Aparılan kliniki baxış zamanı 2 baş heyvanda şübhəli əlamətlər aşkarlanıb. Qeyd olunan kliniki əlamətlər heyvanlarda yoluxucu xəstəliklərin əlamətidir ki, bu hal təhlükəsizlik baxımından riskli hesab olunur. Mövcud riskləri nəzərə alaraq, heyvanların ölkə ərazisinə idxalına icazə verilməyib və bütövlükdə yük partiyası geri qaytarılıb”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, AQTA tərəfindən cari ilin 5 may tarixində də zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alınıb. Agentlik Gürcüstandan diri heyvan idxalı ilə məşğul olan şirkətlərə xəbərdarlıq edir ki, heyvan sağlamlığı sahəsində idxal şərtlərinə ciddi riayət etsinlər. Əks təqdirdə həmin şirkətlər barəsində qanunvericiliklə nəzərdə tutulan tədbirlər görülərək idxala məhdudiyyətlər tətbiq ediləcək.


SON XƏBƏRLƏR