q
  • Bakı 21° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi aparılacaq

CƏMİYYƏT

12 May 2026 | 18:30

Nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi aparılacaq

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

"Monitorinq çərçivəsində mayın 13-də saat 10:00–14:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq", - məlumatda bildirilib.

Qeyd olunub ki, monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, Lermontov küçəsi eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.


SON XƏBƏRLƏR