q
  • Bakı 19° C

    2.1 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Ukrayna Rusiya ordusunun əsas mərkəzlərini bombaladı

DÜNYA

12 May 2026 | 19:55

Ukrayna Rusiya ordusunun əsas mərkəzlərini bombaladı

Ukrayna Müdafiə Qüvvələri müvəqqəti işğal olunmuş Donetsk, Luqansk və Zaporojye vilayətlərindəki Rusiya ordusunun komandanlıq, logistika və canlı qüvvə mərkəzlərinə zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”da məlumat verib. Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Selydov yaxınlığında iki düşmən komandanlıq və müşahidə məntəqəsi və bir komandanlıq məntəqəsi vurulub. Bundan əlavə, Donetsk vilayətinin Pokrovsk yaxınlığında Rusiya ordusunun PUA-sı üçün komandanlıq məntəqəsinə zərbə endirilib.

Ukrayna qüvvələri, həmçinin Zaporojye vilayətinin Novopoltavka şəhərindəki təchizat anbarına və Luqansk vilayətinin Rassvet şəhərindəki təmir bölməsinə zərbələr endirib. Digər hədəflərlə yanaşı, Donetsk bölgəsindəki strateji ərazi olan Donetskdə və Zaporojye bölgəsindəki strateji ərazi olan Oxrimovkada Rusiya ordusunun canlı qüvvəsinin cəmləşdiyi ərazilər də vurulub.


SON XƏBƏRLƏR