Uqanda Prezidenti Yoweri Museveni yeddinci müddətə and içib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, 81 yaşlı dövlət başçısının növbəti dəfə prezident səlahiyyətlərinin icrasına başlaması ilə onun ölkəyə rəhbərlik müddəti beşinci onilliyə qədəm qoyub.
Məlumata görə, Museveni yanvarda keçirilən prezident seçkilərində səslərin 72 faizini toplayaraq qalib elan olunub. Seçki kampaniyası dövründə isə zorakılıq halları və saxtakarlıq iddiaları qeydə alınıb.
Uqanda lideri andiçmə mərasimindəki çıxışında 1986-cı ildə hakimiyyətə gəldikdən sonra ölkədə əldə olunan iqtisadi nailiyyətləri xüsusi vurğulayıb. Bildirilib ki, gələn maliyyə ilində sənaye üsulu ilə xam neft hasilatına başlanılması fonunda ölkə iqtisadiyyatında ikirəqəmli artım gözlənilir.
Bakı 




