• Bakı 10° C

    7.33 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Agentlik daha 1000-dən çox şəxsi peşə kurslarına cəlb etdi

CƏMİYYƏT

13 Aprel 2026 | 12:50

Agentlik daha 1000-dən çox şəxsi peşə kurslarına cəlb etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 1009 nəfər işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Bakıvaxtı.az xəbər verir ki, onlardan 261 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, 748 nəfəri üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub.

Kurslarda müdavimlərə data analitik, insan resursları mütəxəssisi, mühasib, qrafik dizayner, sığorta agenti, yanacaqdoldurma stansiyalarının operatoru, qənnadıçı, şirniyyatçı və s. peşələr üzrə bilik və bacarıqlar öyrədilir.

İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstəriləcək.


SON XƏBƏRLƏR