• Bakı 11° C

    6.2 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

"Google" və "Intel" əməkdaşlığı genişləndirir

DÜNYA

13 Aprel 2026 | 09:21

Google və Intel əməkdaşlığı genişləndirir

"Google Cloud" və "Intel" süni intellekt infrastrukturu sahəsində çoxillik əməkdaşlıqlarını genişləndirdiklərini açıqlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TechCrunch” platforması məlumat yayıb. Yeni razılaşmaya əsasən, "Google" Cloud Intel-in ən son nəsil prosessorlarından istifadə etməyə davam edəcək və tərəflər birgə çip inkişafını daha da dərinləşdirəcək.

Şirkətin məlumatına görə, "Google Cloud" artıq uzun illərdir Intel-in "Xeon" prosessorlarından istifadə edir və bu əməkdaşlıq çərçivəsində "Intel Xeon" 6 daxil olmaqla yeni nəsil çiplər süni intellekt, bulud və inference (modelin işlədilməsi) proseslərində tətbiq olunacaq. Bununla yanaşı, tərəflər məlumat mərkəzlərində iş yükünü daha effektiv idarə etmək üçün istifadə olunan xüsusi infrastruktur prosessorlarının (IPU) birgə inkişafını genişləndirəcək. Bu çiplər CPU-ların üzərindəki yükü azaltmaqla performansı və enerji səmərəliliyini artırır. 2021-ci ildən başlayan bu əməkdaşlıq xüsusilə xüsusi ASIC əsaslı IPU-ların yaradılmasına fokuslanacaq.

Intel-in baş icraçı direktoru Lip-Bu Tan bildirib ki, süni intellekt infrastrukturu təkcə GPU-lardan ibarət deyil: “AI sistemlərinin miqyaslanması balanslı yanaşma tələb edir. CPU və IPU-lar bu prosesdə əsas rol oynayır.” Son dövrlərdə sənayedə CPU-lara tələbatın artması da bu əməkdaşlığın önəmini artırır. GPU-lar əsasən AI modellərinin təlimində istifadə olunsa da, CPU-lar modellərin işlədilməsi və ümumi sistem infrastrukturu üçün kritik əhəmiyyət daşıyır. Bu səbəbdən texnologiya şirkətləri CPU sahəsinə daha çox diqqət ayırmağa başlayıb./Modern.az


SON XƏBƏRLƏR

12 Aprel 2026