Avstraliyanın Baş naziri Entoni Albanese ABŞ-dən Yaxın Şərqdəki münaqişə ilə bağlı hərbi yardım istəyi almadıqlarını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Albanese televiziya müsahibəsində Vaşinqtonun İrana qarşı əməliyyat barədə qərarı birtərəfli şəkildə qəbul etdiyini və Kanberraya hər hansı iştirak təklifi göndərilmədiyini bildirib.
Onun sözlərinə görə, Avstraliyaya edilən yeganə müraciət Fars körfəzi ölkələrinə, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinə dəstək göstərilməsi ilə bağlı olub. Bu çərçivədə bölgəyə erkən xəbərdarlıq təyyarəsinin göndərildiyi və onun fəaliyyət müddətinin uzadıldığı qeyd edilib.
Qeyd edək ki, Baş nazirin açıqlaması ölkə daxilində müxalifətin hökuməti ABŞ-yə daha açıq dəstək verməyə çağırdığı bir vaxtda səsləndirilib.
Bakı 




