• Bakı 11° C

    6.2 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Mete Qazoz medal qazandı

İDMAN

13 Aprel 2026 | 10:10

Mete Qazoz medal qazandı

Türkiyə milli komandasının atleti Mete Qazoz 2026-cı ildə Meksikanın Puebla şəhərində keçirilən oxatma üzrə dünya kubokunun ilk mərhələsində fərdi klassik kamanla yarışda bürünc medal qazanıb.

Bakıvaxtı.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, türkiyəli idmançı yarımfinalda Tayvanlı rəqibi Çih-Çun Tanqa məğlub olaraq bürünc medal görüşünə vəsiqə əldə edib.

Mete Qazoz üçüncü yer uğrunda qarşılaşmada meksikalı Matias Qrandenı 7-3 hesabı ilə məğlub edərək podiuma yüksəlib.

Beləliklə, Türkiyə yığması Meksika mərhələsini ümumilikdə 3 gümüş və 2 bürünc medalla başa vurub.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

12 Aprel 2026