Avstraliya ABŞ-nin Hörmüz boğazının dəniz blokadasında iştirakını nəzərdən keçirmir.
Bakıvaxtı.az "Sky News Australia"ya istiadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Mett Tislveyt deyib.
Diplomatın sözlərinə görə, Kanberra blokadaya qoşulmağı daxili bazarda yanacaq qiymətlərini aşağı salmaq üçün bir vasitə kimi görmür:
"Avstraliya hökuməti danışıqları vəziyyətin həlli üçün üstünlük verilən üsul kimi görür. Biz inanırıq ki, davamlı sülhə nail olmağın və nəticədə avstraliyalılar üçün benzin qiymətlərinin aşağı salınmasının ən yaxşı yolu danışıqlar yolu ilə həll yoludur".
Gülşən Şərif
Bakı 




