• Bakı 10° C

    7.33 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Bakının bu yolları da təmir edildi

CƏMİYYƏT

13 Aprel 2026 | 12:31

Bakının bu yolları da təmir edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda daha iki ərazidə yolları təmir edib.

Bakıvaxtı.az bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, təmir işləri ümumi hərəkətə minimum maneə yaratmaq üçün əsasən istirahət günlərində və gecə saatlarında həyata keçirilir. Növbəti təmir Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücünün üzərində və Ziya Bünyadov prospektində ("Koroğlu" metro stansiyası istiqamətində) aparılıb.

İşlər iki gecə ərzində, saat 23:00-dan səhər 07:00-a qədər icra olunub. Nəticədə vətəndaşlara minimum narahatlıq yaradılmaqla daha iki ərazidə rahat və təhlükəsiz hərəkət təmin edilib.


SON XƏBƏRLƏR