• Bakı 10° C

    8.63 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Hesablama Palatası 3 yoxlamanın nəticələrini Baş Prokurorluğa göndərdi

CƏMİYYƏT

13 Aprel 2026 | 11:02

Hesablama Palatası 3 yoxlamanın nəticələrini Baş Prokurorluğa göndərdi

Hesablama Palatası ötən il 3 dövlət qurumunda apardığı yoxlamanın nəticələrini Baş Prokurorluğa göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"da bildirilir.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Hesabata əsasən, 2025-ci ildəki audit nəticələri əsasında hüquqi tədbirlər də görülüb. Ümumi məbləği 0,8 milyon manat olan vəsait üzrə araşdırma aparılıb. Eyni zamanda, 2 audit üzrə araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

12 Aprel 2026