Gədəbəy və Daşkəsən rayonlarına qar yağıb.
Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, Gədəbəydə dünən gecə saatlarından başlayan qar səhərə qədər davam edib.
Rayon mərkəzində qarın hündürlüyü təxminən 10 santimetrə çatır. Rayonunun digər ucqar kəndlərində qarın hündürlüyü daha artıqdır.
Daşkəsənin Əmirvar, Qaraqullar, Qabaqtəpə və Astaf kimi ucqar kəndlərində isə qarın hündürlüyü təxminən 5-6 santimetrə çatır.
İnfrastrukturla bağlı heç bir çətinlik yaranmayıb.
Bakı 




