İsveçrə ABŞ və İran arasında danışıqların gərginliyi fonunda vasitəçi rolunu oynamağa hazır olduğunu bəyan edib.
Baklvaxtı.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin mətbuatla əlaqələr şöbəsinin rəhbəri Mixael Ştayner bildirib.
O qeyd edib ki, ölkə xoş niyyətli vasitəçilik xidmətlərini təqdim etməyə hazırdır.
Onun sözlərinə görə, İsveçrə uzun illərdir öz mandatı çərçivəsində Vaşinqton və Tehran arasında əlaqə kanalını qoruyur və bu kanal hazırda da açıqdır.
Ştayner bildirib ki, İsveçrə münaqişə tərəflərinin hamısı ilə əlaqələri davam etdirir və dialoqun saxlanılmasına töhfə verməyə hazırdır.
Bakı 




