Macarıstanın Baş naziri Viktor Orban parlament seçkilərində məğlubiyyətini qəbul edərək “Tisa” partiyasını qələbə münasibətilə təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, səslərin 60,24%-i sayıldıqdan sonra “Tisa” 136 mandat qazanaraq konstitusion çoxluq əldə edib.
Hakim “Fides”–KDNP koalisiyası 56, “Bizim Vətən” partiyası isə 7 yer qazanıb.
“Tisa”nın lideri Peter Macar "X" sosial şəbəkəsində yazıb ki, Orban onu telefonla təbrik edib.
Bakı 




