İsrail Baş naziri Binyamin Netanyahunun korrupsiya işi üzrə bu həftəyə planlaşdırılan məhkəmə dinləmələri təxirə salınıb.
Bakıvaxtı.az xəbər verir ki, buna səbəb kimi təhlükəsizlik və siyasi səbəblər əsas gətirilib.
Məlumata görə, dinləmələrin ən azı bir həftəlik gecikdirilməsi şərti olaraq təsdiqlənib.
Məhkəmə həmçinin gələn həftəki iclaslarla bağlı yeni və əsaslandırılmış müraciət tələb olunduğunu bildirib.
Xatırladaq ki, Netanyahu “1000”, “2000” və “4000” işləri üzrə rüşvət, fırıldaqçılıq və vəzifədən sui-istifadə ittihamları ilə mühakimə olunur.
Bakı 



