• Bakı 11° C

    6.2 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Magistraturaya qəbulun II cəhdi

CƏMİYYƏT

13 Aprel 2026 | 09:42

Magistraturaya qəbulun II cəhdi

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu sabah saat 23:59-da bitəcək.

Bakıvaxtı.az xəbər verir ki, 13 aprel saat 09:15-ə olan məlumata əsasən 13239 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 12190; rus bölməsi - 1049).

2026-cı ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize) daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da eyni qayda ilə bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da https://eservices.dim.gov.az/erizemag/erize səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Qeyd edək ki, imtahan 2026-cı il mayın 17-də keçiriləcək.


SON XƏBƏRLƏR

12 Aprel 2026