• Bakı 10° C

    7.33 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Ermənistanda sülh istəyən ciddi bir kəsim var - AÇIQLAMA

SİYASƏT

13 Aprel 2026 | 13:44

Ermənistanda sülh istəyən ciddi bir kəsim var - AÇIQLAMA

 “Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin keçirilən növbəti görüşü qarşılıqlı şəkildə sülh prosesinə töhfə vermək və etimad mühitini gücləndirmək məqsədi daşıyır”.

Bunu politoloq Oqtay Qasımov “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin Qəbələdə keşirdikləri görüşü Bakıvaxtı.az-a şərh edərkən deyib.

Müsahibimiz hesab edir ki, bunun müəyyən təsirləri də var:

“Nəzərə alsaq ki, ötən ilin oktyabrından başlanan bu proses artıq intensiv xarakter alıb, getdikcə daha çox ictimaiyyət nümayəndəsi bir araya gəlir, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində müzakirələr aparılır və təkliflər verilir".

Oqtay Qasımov: Bu görüş sülhə töhfə vermək baxımından önəmli bir tədbirdir

Politoloqun sözlərinə görə, bu cür müzakirələr prosesə müsbət təsir edən amillərdən biridir:

"Doğrudur, Ermənistanda bu məsələ daha mürəkkəbdir, çünki cəmiyyətin əhəmiyyətli hissəsi hələ də revanşist düşüncələrlə yaşayır. Amma ümumi fon və ab-hava ondan ibarətdir ki, Ermənistan cəmiyyətində də ciddi bir kəsim nəhayət bölgədə sülhün olmasını, Azərbaycanla, o cümlədən Türkiyə ilə münasibətlərin normallaşmasını istəyir".

Ekspert qeyd edir ki, bu baxımdan keçirilən növbəti görüşü sülhə töhfə vermək baxımından önəmli bir tədbir hesab edir və bunun müsbət nəticələri gələcəkdə özünü göstərəcək.

Qeyd edək ki, Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş baş tutub. Görüş zamanı Hikmət Hacıyev iştirakçılarla fikir mübadiləsi aparıb, həmçinin erməni nümayəndə heyətinin suallarını cavablandırıb.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR