Müasir həyatın sürəti insanların gündəlik stresini artırır. Belə ki, gündəlik həyatda rast gəlinən iş mühiti və sosial mühit zehni olaraq tükənmə hissinə və stresin yaranmasına səbəb ola bilir. Streslə mübarizə aparmaq və ona qarşı tədbir görmək isə insanınsağlamlıq vəziyyəti üçün çox əhəmiyyətlidir.
Bəs görəsən, stresdən necə azad olmaq olar?
Psixoloq Günay Kərimi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu gün yaşadığımız həyat tərzi və onun sürəti, bəzən problemlərin həllində çəkdiyimiz çətinliklər, üzləşdiyimiz situasiyalarda göstərdiyimiz iradə zəifliyi, qorxularımız stresin yaranmasına və artmasına yol aça bilir:
"Stress bir duyğudur və onun yaşanması normaldır. Problem stresin insanlar tərəfindən düzgün idarə olunmamasıdır. Çox az insan stress yaşadığı zaman onu idarə edə, tənzimləyə və bu halı tez keçirə bilir. Əksər insanlarda isə stress daha dərin yaşanır. İnsana anidən gələn neqativ düşüncələr beyni uzun müddət məşğul etdiyi zaman qorxular formalaşa, həmçinin realda olmayan, yalnız düşüncədə olan hadisələrdən həyəcan yarana bilir. Bu zmaan isə stress daha dərin psixoloji problemlərin, həm də fiziki problemlərin yaranmasına yol açır. Məsələn, mədə-bağırsaq sistemi və qan-damar sistemi pozulur".
.jpg)
Günay Kərimi: Stress psixoloji və iziki problemlərin yaranmasına yol açır
Müsahibimiz vurğulayıb ki, əslində qısamüddətli stress normaldır. Uzunmüddətli stres zamanı isə insan özünü idarə etməkdə çətinlik çəkir və bu zaman mütəxəssisə müraciət etmək lazımdır.
Stresdən azad olmağın mümkün üsullarını açıqlayan psixoloq qeyd edib ki, hadisələrə sakit və təmkinlə yanaşaraq daxili sakitlik əldə etmək mümkündür:
"Həmçinin həyat keyfiyyətlərini artırmaq insanı stresdən uzaqlaşdırırvə sakitliyi tənzimləyir".
Gülşən Şərif
Bakı 




