Uqanda Xalq Müdafiə Qüvvələri (UPDF) Almaniya ilə bütün müdafiə və hərbi əməkdaşlıq fəaliyyətlərini dayandırdığını elan edib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Uqandanın Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr üzrə direktor müavini Kris Magezi "X" platformasında paylaşım edərək Almaniyanın Kampala səfiri Matias Şauerin fəaliyyəti ilə bağlı əldə olunan etibarlı kəşfiyyat məlumatları əsasında ölkədən çıxarılması qərarının verildiyini açıqlayıb.
Magezi bildirib ki, səfir Schauerin hökumətə qarşı fəaliyyət göstərən qeyri-rəsmi siyasi-hərbi strukturlarla əlaqədə olduğu müəyyən edilib. Onun sözlərinə görə, səfirin bu qruplarla əlaqələrinin tam şəkildə aydınlaşdırılmasına qədər həmin qərar qüvvədə qalacaq. Uqanda rəsmiləri bu qərarı ölkənin milli təhlükəsizliyinin qorunması baxımından zəruri addım kimi qiymətləndirir.
Nuriyyə Musayeva




jpg-1750838994.webp)

jpg-1750844671.webp)


jpg-1750843879.webp)
jpg-1750843679.webp)




