Türkiyənin Konya-Aksaray yolunun 40-cı kilometrliyində dəhşətli qəza baş verib.
Bakıvaxtə.az xarici mətbuata istinadən xəbər verir ki, turistləri daşıyan iki avtobus aşıb.
Nəticədə avtobusların birində olan 13 sərnişin yaralanıb.
32 rusiyalı turistin olduğu digər avtobusda 16 nəfərin yaralandığı, 43 yaşlı Yelena Avtakinanın öldüyü bildirilir.
Hadisəyə səbəb yolun buzlu olması göstərilir.
















