• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Toy kortejində avtomobil aşıb, ölən və yaralananlar var - SİYAHI

HADİSƏ

12 Iyul 2021 | 14:39

Toy kortejində avtomobil aşıb, ölən və yaralananlar var - SİYAHI

Qusarda avtomobil aşıb, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki,  hadisə, Qusar-Şahdağ yolunun 26-cı kilometrliyində qeydə alınıb.

Ənix kənd sakini, Əmirgünə Firdovsi oğlu Əmiraslanovun idarə etdiyi "Opel"markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili dərəyə aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarətlər alıb.

Ölən:

1993-cü il təvəllüdlü İsmixan Ədalət oğlu Şəkərov.

Yaralılar:

1994-cü il təvəllüdlü Əmirgünə Firdovsi oğlu Əmiraslanov,

1993-cü il təvəllüdlü Abuçin Osman oğlu Osmanov,

1994-cü il təvəllüdlü Tofiq Əziz oğlu Kərimov.

Qəza zamanı vəfat edən sərnişin İ.Şəkərovun meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yaralılar isə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026